Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək xahişlərinə məhəl qoymayıb.
Bu barədə “The Wall Street Journal” diplomatik mənbələrə istinadən yazıb.
Onların sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ baş tutmayıb. Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.
Türkiyənin Moskvadakı səfirliyində çalışmış keçmiş yüksək səviyyəli diplomat Gülru Gezer deyib ki, o, “Putin Ərdoğana əvvəlki qədər güvəndiyinə” inanmır. Onun fikrincə, Rusiya tərəfi və xüsusən də Kreml Türkiyə prezidentinin “düşüncə tərzini şübhə altına alır”. Gezer Rusiya liderinin “zənglərə (xarici dövlət başçılarından) cavab verməməsini” də qeyri-adi adlandırıb.
Bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib .