12 C
Baku
Monday, November 25, 2024

Türkiyənin Rusiyadan idxalı sanksiyalardan əvvəlki səviyyəyə düşüb

2023-cü ilin iyun ayında Türkiyənin Rusiyadan idxalı 2.91 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin oktyabrından bəri ən aşağı aylıq göstəricidir. Enerji idxalı öz növbəsində pul ifadəsində 20% azalıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Çin iyun ayında Türkiyənin ən böyük tədarükçüsü kimi Rusiyanı geridə qoyub. Amma altı ay ərzində idxalın payına görə Rusiya birinci (13.4%), Çin isə ikinci yerdədir (12%).

Enerji resursları Rusiyadan idxalın 60%-dən çoxunu təşkil edir. May ayına qədər onların tədarükü pul ifadəsində 20% azalaraq 1.76 milyard dollara, konfidensial maddələrin, o cümlədən neftin də daxil olduğu malların alışı ötən ayla müqayisədə 18% azalaraq 655 milyon dollara düşüb.

Fiziki baxımdan Türkiyə iyunda bütün ölkələrdən təxminən 3 milyon ton xam neft idxal edib. Bu, may ayı ilə müqayisədə 22% çoxdur, 2022-ci ilin iyun ayı ilə müqayisədə isə 5% azdır. Pul ifadəsində və təchizatçı ölkələr üzrə cəmi idxal açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər