10 C
Baku
Tuesday, November 26, 2024

“Finex Kredit”in kapitalı 87 faiz artırılıb

FinEx Bank Olmayan Kredit Təşkilatı” ASC-nin nizamnamə kapitalını kəskin artırıb.

Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 694 min manat, yaxud 87% artırılmaqla 1 milyon 494 min manata çatdırılıb.

BOKT-nin nizamnamə kapitalı ilə bağlı son dəyişiklik 2021-ci ilin son rübü olmuşdu. Onun kapitalı 1 mln. manatdan 800 min manata qədər azaldılmışdı.

“FinEx Kredit” BOKT-un səhmlərinin 18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər