17 C
Baku
Monday, May 13, 2024

İmran Xana 5 illik siyasi qadağa qoyulub

Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.

Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində İmran Xan 3 il həbs cəzası alıb.

Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər