Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyib.
Qərarla razılaşmayan Sahibkarlığa Kömək Milli Fondu apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılacaq.