Müasir dinamik dünyada elə bir xidmət qalmamışdır ki, ondan internet vasitəsilə istifadə etmək mümkün olmasın. Bu gün internet vasitəsilə istədiyiniz məhsulu sifariş vermək, saatlarla dostlarınızla vaxt keçirmək, analitik marketinq araşdırmaları aparmaq, kommunal borcları ödəmək mümkündür.
Lakin təcrübənin də sübut etdiyi kimi bu yüksək səviyyəli rahatlığın digər mənfi bir tərəfi fə mövcuddur. İnternet hətta ən güclü ailə büdcəsini də gücdən sala bilər.
Düzdür, bəziləri buna inanmaya bilər, lakin bu yazı ilə internetin maliyyə vəziyyətinin pisləşməsinə necə təsir etdiyinin şahidi ola bilərsiniz.
Hazırda internet xidmətləri potensial müştərinin arzuladığı hər şeyi almaq imkanı yaradır. Bura adi bir köynəkdən tutmuş, bahalı ev texnikasına qədər olan məhsullar daxildir. Bir faktı unutmaq lazım deyil ki, internetdə satılan bütün bu məhsullara ticarət məntəqələrində və mağazalarda da rast gələ bilərsiniz. Bu mağazalarda həmin məhsullar nisbətən daha ucuzdur və internetdəki qiymətlərlə mağazadakı qiymətlər arasındakı fərq təxminən 30-45 faiz təşkil edir.
İnternet bankçılıq
Avropa ölkələrinin bir çoxunda internet brillinq də adlandırılan internet bankçılıq öz hesabları ilə müntəzəm maraqlanmayanlar və ödəniş etməyi daim unudanlar üçün rahat vasitədir. Belə müştərilər bank təşkilatında “internet bankçılıq” proqramına qoşularaq onun xidmətlərindən yararlanır. Xidmətə qoşulmuş müştəri proqrama pul vəsaitlərinin müəyyən yerlərə köçürülmə əmri verə bilər. Buna misal olaraq hər ayın müəyyən günü kommunal xərclərin, kreditlərin ödənilməsi ola bilər.
Bura qədər hər şey normaldır. Lakin bu proqramın icrasını öz başına buraxaraq ona nəzarət etməmək böyük xətalara gətirib çıxara bilər. Çünki hətta bunun kimi ağıllı bir proqram belə kredit borcunun artıq bitdiyini təxmin edə bilmir. Son nəticə olaraq belə rahat və etibarlı funksiya böyük miqdarda pul itkilərinə səbəb ola bilir.