14 C
Baku
Sunday, November 24, 2024

AQTA ölkəyə idxal edilən qida məhsulunda uyğunsuzluq aşkar edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Türkiyədən idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlayıb.

Bu barədə Banker.az-a AQTA-dan bildirilir.

“M Pharm Company” MMC-nin Türkiyə Respublikasından idxal olunan 300 ədəd “More Than Zeolit, 90 Q toz, Saşe №45” əmtəə nişanlı və 300 ədəd “More Than Zebiotic, Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı daxil olmuş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində məhsullarda “qurğuşun”un miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər