9 C
Baku
Sunday, November 17, 2024

Beynəlxalq Enerji Agentliyi neft tələbatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il ilk dəfə olaraq 2023-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu artırıb.

2023-cü ildə gündəlik qlobal neft tələbatı 2,2 mln. barel artaraq, 102,2 mln. barel təşkil edəcək. Bu, iyul hesabatında proqnozlaşdırılandan 0,1 mln. barel çoxdur.

Agentlik qeyd edir ki, birinci rübdə gündəlik tələbat 100,6 mln. barel təşkil edib, ikinci rübdə isə bu göstərici 102 mln. barelə yüksəlib.

IEA-in proqnozuna əsasən, 2023-cü ilin üçüncü və dördüncü rübündə gündəlik qlobal neft tələbatı müvafiq olaraq 102,9 və 103,1 mln. barel səviyyəsində olacaq.

Eyni zamanda, Agentliyin gözləntilərinə görə, 2024-cü ildə gündəlik qlobal neft hasilatı artaraq 103,2 mln. barelə çatacaq.

Son xəbərlər
Digər xəbərlər