Çinin müdafiə naziri Li Şanqfu 14-19 avqust tarixlərində Rusiya və Belarusa səfər edəcək.
Bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrarası münasibətlər və regional məsələlər müzakirə olunacaq.