2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 18 milyard 770 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, o cümlədən 9 milyard 445 milyon dollarlıq xam neft, 8 milyard 934 milyon dollarlıq təbii qaz ixrac edilib.
2022-ci ilin 7 ayı ərzində Azərbaycandan 20 milyard 883 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 12 milyard 398 milyon dollarlıq xam neft, 8 milyard 220 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.
Beləliklə, bu ilin 7 ayında xam neft ixracından gəlir 24% azalıb, qaz ixracından gəlir isə 9% artıb.