14 C
Baku
Saturday, November 23, 2024

Türkiyədə turizm bahalaşdı

Türkiyənin turizm sektoru bu il proqnozlaşdırılan gəliri tam olaraq əldə edə bilməyib.

Bu sözləri “Kempinski Hotel Bodrum”un baş direktoru Fərman Doğan “Bloomber”ə açıqlamasında söyləyib.

O qeyd edib ki, bu illə müqayisədə ötən ildə turizm gəlirləri sahəsində daha yaxşı nəticə əldə edilib.

Onun sözlərinə görə, xaricilərə ev satışı və otellərin bahalılığı turistlərin otel xidmətlərdən az istifadə etməsinə səbəb olub.

Ekspert əlavə edib ki, turizm xidmətlərindəki qiymət artımı, eyni zamanda, ərzaq və nəqliyyat qiymətlərinin bahalaşmasına da əsas verib.

Fərman Doğan bildirib ki, Türkiyədə istirahətinə orta hesabla 500 avro xərcləmək istəməyən turist, Misirdə, Şarm Əl-Şeyxdə 250 avro xərcləməyi üstün tutub.

Bundan başqa F.Doğan qeyd edib ki, Bodrumdakı qiymətlər İspaniya, Yunanıstan, Dubay, Maldiv adaları, hətta Paris və Londonla eyni səviyyədə idi. Bu da ölkəyə gələn turistlərin sayına təsir edən səbəblərdəndir.

Son xəbərlər
Digər xəbərlər