Külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmü əsasən təqsirləndirilən T. Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.