7 C
Baku
Thursday, December 12, 2024

“Nardaran Daş Karxanası” LTD cərimə olundu

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.

Banker.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub.

“Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimələnib.

Son xəbərlər
Digər xəbərlər