İran yerli istehsalı olan peykini orbitə çıxaracaq

İran istehsalı olan “Tolou-3” peyki İran ilinin sonunda (19 mart 2024-cü il) orbitə çıxarılacaq.

Bu barədə elektron sənaye naziri, kontr-admiral Əmir Rastehari bildirib.

İran Kosmik Agentliyinin (ISA) sifarişi ilə görüntülərin qəbulu üçün nəzərdə tutulan və Iran Electronics Industries tərəfindən istehsal olunan “Tolou-3” peyki 2023-cü ildə təqdim edilib.

Çəkisi 150 kiloqram olan “Tolou-3” İranda istehsal olunan ən ağır peyk hesab olunur.

İranın elmi şirkətlərinin avadanlıqlarına əsaslanan peyk Yer kürəsindən 500 kilometr yüksəklikdə orbitə çıxarılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər