Azərbaycandakı banklar 2023-cü ilin 7 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 341.4 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 96.4 milyon manat və ya 39.3% artıb.
2022-ci ilin 7 ayında banklar 245 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Onu da qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bankların faiz və onlarla bağlı xərcləri 478.3 milyon manat təşkil edib.