Şimali Koreyanın paytaxtı Pxenyandan son 3 ildə ilk dəfə olaraq Pekinə kommersiya uçuşu həyata keçirilib.
“Air Koryo” şirkətinə məxsus təyyarə Pekin aeroportuna gecə saatlarında enib. Səhər saatlarında isə şirkətin digər təyyarəsinin gəlişi heç bir səbəb göstərilmədən ləğv edilib.
Qeyd edək ki, KXDR koronavirus pandemiyasına görə 3 ildir hava sərhədlərini bağlayıb.