2023-cü ilin yanvar-iyul aylarında ölkə ərazisində 8 204.9 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, illik müqayisədə istehsal 14.1% azdır.
01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 437.5 ton təşkil edir.
Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.