9 C
Baku
Friday, December 13, 2024

Azərbaycana gələn turistlərin sayı 37%-dən çox artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1143.6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37.4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32.8 faizi Rusiya Federasiyası, 18.2 faizi Türkiyə, 7.4 faizi İran, 4.9 faizi Hindistan, 4.7 faizi Gürcüstan, 3.9 faizi Səudiyyə Ərəbistanı, 2.4 faizi Qazaxıstan, 2.3 faizi Pakistan, 2.1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.8 faizi Özbəkistan, hər birindən 1.5 faiz olmaqla İsrail və Ukrayna, 1.4 faizi Belarus, 1.3 faizi Küveyt, hər birindən 1.2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11.4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70.5 faizini kişilər, 29.5 faizini qadınlar təşkil edib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8.3 dəfə, Türkmənistandan – 3.8 dəfə, Hindistandan – 2.6 dəfə, Belarusdan – 2.0 dəfə, Özbəkistandan – 1.9 dəfə, Qazaxıstandan – 1.8 dəfə, Rusiya Federasiyasından – 1.7 dəfə, İsraildən – 44.2 faiz, ABŞ-dan – 38.7 faiz, Gürcüstandan – 34.5 faiz, Böyük Britaniyadan – 29.2 faiz, Küveytdən – 26.6 faiz, Türkiyədən – 18.8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 15.8 faiz, Pakistandan – 6.3 faiz artmışdır.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1.7 dəfə artaraq 477.1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36.5 faiz artaraq 57.2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8.6 faiz azalaraq 185.4 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71.1 faizi hava, 27.6 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19.8 faiz artaraq 993.5 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1.6 dəfə, Gürcüstana gedənlərin sayı 32.5 faiz, Türkiyəyə gedənlərin sayı 6.4 faiz artmış, İrana gedənlərin sayı 24.7 faiz azalmışdır. Ölkə vətəndaşlarının 42.5 faizi Türkiyəyə, 22.7 faizi Rusiya Federasiyasına, 9.2 faizi Gürcüstana, 7.7 faizi İrana, 17.9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66.5 faizini kişilər, 33.5 faizini qadınlar təşkil etmişdir.

2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68.0 faizi hava, 29.3 faizi dəmir yolu və avtomobil, 2.7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər