Avropa İttifaqının (Aİ) Belarusa qarşı son sanksiyalar paketinə Ukrayna və əlavə 7 ölkə qoşulub.
Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat dərc edilib.
Qeyd olunub ki, bu ayın 3-də Aİ tətbiq edilən yeni sanksiyalar paketini İttifaqa üzv olmaq istəyən namizəd ölkələr – Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Ukrayna və Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyası ölkələri – İslandiya, Lixtenşteyn və Norveç də dəstəkləyib.
Xatırladaq ki, Aİ-nin son sanksiyalar paketinə Belarusdan 38 fiziki və üç hüquqi şəxs daxil edilib.