10 C
Baku
Friday, December 13, 2024

Hindistandan Yunanıstana 40 ildən sonra baş nazir səviyyəsində səfər gerçəkləşib

40 ildən sonra Hindistandan Yunanıstana baş nazir səviyyyəsində səfər gerçəkləşib.

Baş nazir Narendra Modi paytaxt Afinada həmkarı Kiriakos Mitsotakis ilə görüşüb.

Birgə mətbuat konfransında çıxış edən Modi 2030-cu ilə qədər ticarət dövriyyəsinin artırılacağı barədə razılıq əldə olunduğunu açıqlayıb.

“Müdafiə və təhlükəsizlik sektorunda hərbi əlaqələrimizi və müdafiə sənayesini gücləndirmək barədə razılığa gəldik. Biz infrastruktur, kənd təsərrüfatı, təhsil və texnologiya sahələrində də ikitərəfli əlaqələri gücləndirmək qərarına gəldik”, – deyə Hindistanın baş naziri bildirib.

Mitsotakis isə görüşlə bağlı açıqlamasında Hindistanla Yunanıstan arasında ticarət dövriyyəsinin 2022-ci ildə 1,32 milyard avroya çatdığını bildirib.

Turizm, əczaçılıq və texnologiya sektorlarında iqtisadi əməkdaşlığa diqqət çəkən Mitsotakis Yunanıstanla Hindistan arasında birbaşa uçuşların olmasının böyük əhəmiyyət daşıdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər