Sonunda bizləri böyük müvəffəqiyyət gözləyən istənilən yol böyük çətinlik və maneələrlə zəngin olduğu kimi, biznes-məktəblərə qəbul prosesi də bir o qədər əzmkarlıq tələb edən prosesdir. Dünyanın hər hansı biznes-məktəbində təhsil almaq istəyənlər ilk olaraq 4 mərhələdən keçməlidirlər.
- Qəbul olmaq istədiyiniz biznes-məktəblərin siyahısını təşkil etmək
Bu prosesdə ilk addım MBA təhsilindən məhz olaraq nə istədiyinizi və hansı biznes-məktəbə sənədlərinizi təqdim etməyinizi təyin etməkdən ibarətdir. Siyahı təşkil edərkən Financial Times, Economist kimi beynəlxalq reytinqlərə əsaslanmağınız məsləhətdir. Təbii ki, bu seçəcəyiniz ixtisasdan asılı olaraq dəyişə bilər. Məsələn, marketinq üzrə MBA təhsili almaq istəyirsinizsə ümumi reytinqdə 14-cü pilləni tutan Kellog-u seçməyiniz ən yaxşı seçim olardı.
İstənilən halda, bu mərhələdə seçilmiş məktəblərin siyahısına və onların namizədlər üçün nəzərdə tutduqları tələblərə sahib olmalısınız.
- GMAT və IELTS/TOEFL imtahanlarından keçmək
IELTS və TOEFL imtahanları sizin ingilis dili səviyyənizi yoxlamaq üçün nəzərdə tutulub. Siz bu imtahanlardan yalnız birini verməlisiniz. Seçim isə şəxsi üstünlük və biznes-məktəbin tələbindən asılıdır. Adətən, qəbul olmaq üçün IELTS-dən 9 baldan 7-sini, TOEFL-dən isə 120 baldan 100-nü toplamaq kifayətdir. Lakin bununla belə, Harvard universitetinə qəbul olmaq üçün 7,5 və 109 bal toplamaq lazımdır.
GMAT imtahanı ilə isə namizədin nəinki dil bilikləri, həmçinin riyazi bacarıq və məntiqi düşünmə qabiliyyətləri yoxlanılır. Bu imtahandan keçmək kifayət qədər çətindir və kurslarda ona hazırlıq 3-4 ay tələb edir. Biznes-məktəbə qəbul olmaq üçün 800 baldan ən az 650 bal toplamaq lazımdır. Ən yaxşı biznes-məktəblər isə, məsələn, Wharton, Harvard, Chicago Booth 720 baldan artıq göstərici təqdim etməyi tələb edir.
- Application package: Motivasiya və məsləhət məktubu yazmaq, diplomu tərcümə etmək
Testlər üzrə yüksək nəticələrdən əlavə qəbul komissiyasına biznes-məktəbdə təhsil almaq üçün güclü və layiqli namizəd olduğunuzu sübut edəcək digər sənədləri də təqdim etməlisiniz. Adətən biznes-məktəblər 2-dən 7-ə qədər motivasiya essesi və rəhbərlikdən 3-ə qədər məsləhət məktubu təqdim etməyi tələb edirlər.
Bununla yanaşı, diplomunuzu tərcüm etməli və ingilis dilində rezüme hazırlamalısınız. Bunlar da həmçinin sizin sənəd paketinizə əlavə edilir.
- Təhsilinizi necə maliyyələşdirəcəyinizi təyin edin
Təhsil haqqınızı ödəməyin 3 əsas yolu var:
- şəxsi əmanətləriniz;
- biznes-məktəbin təqaüdü;
Əlbəttə, burada yalnız 1 üsulla keçinmək mütləq deyil. Bu heç də həmişə mümkün deyil. Bir çox namizədlər ödəniş üsullarını birləşdirir, məsələn onlar ödənişi həm şəxsi əmanətləri hesabına, həm də təqaüd ilə ödəmək istədiklərini bildirirlər. Nümunə üçün qeyd edək ki, IE Business təhsil haqqının 70%-ni qarşılayan həcmdə təqaüd təqdim edir.