5 C
Baku
Saturday, December 14, 2024

“Sumqayıt Texnologiyalar Parkı”nın nizamnamə kapitalı ₼303 milyonun üzərinə qədər artırılıb

“Sumqayıt Texnologiyalar Parkı” MMC və onun törəmə təşkilatı olan “STP Metal Structures” MMC-nin nizamnamə kapitalları artırılıb.

Banker.az xəbər verir ki, STP-nin kapitalı 13 062 000 manat və ya 5% artırılmaqla 303 012 346 manata, “STP Metal Structures” MMC-nin isə  120 000 manat və ya 120% artırılmaqla 220 000 manata yüksəldilib.

Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.

STP – regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər