-1 C
Baku
Sunday, December 15, 2024

“Abşeron” yatağında qaz hasilatı 4 dəfə artırılacaq

“Abşeron” qaz-kondensat yatağında illik qaz hasilatını 6 mlrd. kubmetrədək çatdırmaq planlaşdırılır.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“”Abşeron” yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd.m3-dən 6mlrd.m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, – paylaşımda qeyd olunur.

Xatırladaq ki, bu gün “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib.

Son xəbərlər
Digər xəbərlər