Birləşmiş Millətlər Təşkilatı Türkiyənin səyləri nəticəsində Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırlayıb.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, bu Taxıl Təşəbbüsünün bərpası üçün önəmli addım olacaq. Fidan əlavə edib ki, Türkiyə bölgədə müharibənin bitməsini istəyir və bununla bağlı səylər göstərir.