12 C
Baku
Wednesday, December 11, 2024

“Bank Respublika”nın nizamnamə kapitalı artırılır

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 6 oktyabr 2023-cü il saat 12:00-da Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.

Bu barədə Banker.az Bankın İdarə Heyətinin elanına istinadən xəbər verir.

Gündəlikdəki məsələlərə, iclasın sədrinin və katibinin təyin edilməsi, iclasın gündəliyinin təsdiq edilməsi, “Bank Respublika” ASC tərəfindən yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması ilə əlaqədar  “Bank Respublika” ASC-nin Nizamnaməsinə müvafiq dəyişikliyin təsdiq edilməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər