20 C
Baku
Monday, September 29, 2025

İdarə Heyətinin sədr müavini – Brand Credit BOKT

Tələblər:
– Ali təhsil;
– Uyğun vəzifədə ən azı 2 il iş təcrübəsinə malik olmaq;
– Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
– Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
– İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
– Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
– Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
– Səmimi və mehriban xasiyyətə malik olmaq;
– Azərbaycan və Rus dilini mükəmməl bilmək:
– Ümumi PC, ofis proqramlarından istifadə qaydalarını bilmək;
Öhdəliklər:
BOKT-un Strateji Baxışı, Missiya Hesabatı, Strateji Planı və digər planların hazırlanmasında və icrasında iştirak etmək;

  • Nəzarət etdiyi sahələr üzrə BOKT-un idarə olunmasını və fəaliyyətini, o cümlədən müvafiq planların həyata keçirilməsini təmin etmək;
  • Ona verilmiş səlahiyyətlər daxilində BOKT-un qarşılaşdığı və proqnozlaşdırıldığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsini və tətbiqini təmin etmək;
  • Müvafiq daxili komitələrə və komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək;
  • Kurasiya etdiyi struktur bölmələrin kadrlarla təmin edilməsini, bu bölmələrin fəaliyyətinin səmərəli təşkil olunmasını, taktiki planlarının hazırlanmasını və yerinə yetirilməsini təşkil və təmin etmək;
  • Təşkilatda qəbul olunan mükafatlandırma sisteminə uyğun kurasiyasında olan struktur bölmələrin rəhbər işçilərinin fəaliyyətini qiymətləndirmək, sıravi işçilərin isə fəaliyyətinin qiymətləndirilməsini təsdiq etmək;
  • İdarə Heyəti rəhbərlərinin imza səlahiyyətləri bölgüsünə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirmək.
  • Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq.

Əlaqə

  • Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.
Son xəbərlər
Digər xəbərlər