Müəllif: Elnur Quliyev, Bank Standard ,filial müdiri
Son zamanlar KİV-də tez-tez eşitdiyimiz çirkli pullarin yuyulması terminin mənasinı bilsək də çox az adam bu teriminin yaranma tarixini və ya niyə məhz “pulun yuyulma”-sı adlandırıldığın bilimir.
“Çirkli pulların yuyulması” termini yaranması 1920-1930-cu illlərdə ABŞ-ın Çikaqo şəhərində qanqster cinayətkar qruplaşmasını nəzarətdə saxlayan Al Kaponenin fəaliyyəti ilə bağlıdır.
Al Kapone öz mafiya şəbəkəsindən əldə etdiyi milyonları leqal pula çevirməli idi. Bunu necə edə bilərdi? Axı həm xüsusi xidmət, həm də vergi orqanları onu fəaliyyətini daim nəzarətdə saxlayırdı.
Məsələ ondadır ki, o zaman Amerika cəmiyyətində evdə paltar yumaq dəbdə deyildi. Bu səbəbdən, Al Kapone Çikaqoda ucuz qiymətə camaşırxanalar şəbəkəsi açır. Camaşırxanalara bir gün ərzində nə qədər müştərinin gəlib-getdiyini izləmək mümkünsüz idi. Belə olan halda çamaşırxanalarda istənilən qədər müştəri sayı qeyd etməklə gəliri yüksək göstərərək vergi orqanlarına şişirdilmiş gəlirlər haqqında hesabatlar təqdim edilirdi. Həmçinin nəzərə almaq lazimdırki mafiya şəbəkəsinin əldə etdiyi gəlirlər əsasən kiçik əskinaslı pullar idi. Beləliklə mafiyanın kazino, şantaj, adam oğurluğu, alkoqol içkilərin satişından gələn qeyri-qanuni gəlirləri camaşırxanalarda “yuyulub” leqallaşırdı.
Lakin 1931-ci ildə vergi orqanları bu maxenasiyanın üstünü aça bildilər və Al Kapone Federal məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edildi. Maraqlıdırki məhkəmədə mafiya başçısını etdiyi cinayətlərə görə deyil məhz 388.000 dollar məbləgində vergidən yayinmaya görə ittaham etmişdilər.