14 C
Baku
Saturday, November 23, 2024

Reznikovun istefası təsdiqlənib

Ukrayna Ali Radası Oleksey Reznikovun müdafiə naziri vəzifəsindən istefasının lehinə səs verib.

Bu barədə deputat Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyində ərzaq məhslullarının baha qiymətə satın alınması kimi pozuntularla bağlı qalmaqaldan sonra Reznikovun istefası haqqında söz-söhbət çoxdan dolaşırdı.

Bildirilib ki, parlamentin iclasında iştirak edən 365 deputatdan 327-si onun istefasının lehinə, 4-ü əleyhinə səs verib, 11 deputat bitərəf qalıb, 23-ü isə səsvermədə iştirak etməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər