G20 sammitinə dəvətnamələrdə Hindistanın “Bharat” kimi qeyd olunması ölkənin adının dəyişilməsi (rebrendinq) deyil.
Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar yerli Asian News International (ANI) xəbər agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, ölkənin hakimiyyət orqanları dövlətin konstitusiyada öz əksini tapmış adından istifadə edib:
“Ölkənin adında Hindistan əvəzinə Bharat sözünü işlədilməsi konstitusiyada öz əksini tapıb. Buyurun, siz özünüz konstitusiyaya baxıb bunun şahidi ola bilərsiniz”, – deyə XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, 9-10 sentyabr tarixlərində Hindistanın rəhbərliyi ilə Nyu-Dehlidə G20 sammiti keçiriləcək.