Azərbaycanda ümumilikdə adambaşın düşən ət istehlakının həcmi artsa da, mal əti üzrə göstərici zəifləyib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə bütün növ ət və ət məhsulları üzrə adamabşına düşən həcm 41.2 kiloqram təşkil edib. Bu da 2021-ci ildə 41.2 kq olduğunu nəzərə alsaq bu illik 0.9 kq artım deməkdir.
2021-ci ildə mal əti və ət məhsullarının adambaşına düşən çəkisi 15.9 kq təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 15.8 kq-a qədər azalıb. Qeyd edək ki, 2020-ci ildə bu rəqəm 16.3 kq təşkil edirdi.
Qeyd edək ki, Azərbaycanda sümüklü mal ətinin orta qiyməti son ildə 2.93 manat və ya 23%-dən çox bahalaşıb. Belə ki, DSK-nin rəsmi göstəricilərinə görə, ötən ilin iyulunda kiloqramı 11.35 manat olan sümüklü mal əti cari ilin eyni dövründə 13.98 manata yüksəlib. Qoyun əti həmin müddət ərzində 3.81 manat və ya 34%-ə 15.16 manat bahalaşıb.
Hazırda sümüklü dana ətinin bir kiloqramı 14-15 manat arasında dəyişir.
Qoyun ətinin hər kəsə düşən orta çəkisi 9 kq təşkil edir ki, bu da son bir ildə dəyişməz qalması anlamına gəlir.
Quş əti və ondan olan digər ət məhsulları üzrə göstərici isə artımla davam edir. 2022-ci ildə adambaşına 16.2 kq quş əti düşüb və tarixdə qeydə alınan ən yuxarı göstəricidir. 10 il öncə adambaşına düşən quş ətinin orta çəkisi 10.6 kq idi.
Adambaşına əsas növ heyvandarlıq məhsullarının istehlakı, illik kiloqramla | |||
2020 | 2021 | 2022 | |
Bütün növ ət və ət məhsulları | 40.8 | 41.2 | 42.1 |
mal əti və ət məhsulları | 16.3 | 15.9 | 15.8 |
qoyun və keçi əti və ət məhsulları | 8.9 | 9.0 | 9.0 |
donuz əti və ət məhsulları | 1.0 | 1.0 | 1.1 |
quş əti və ət məhsulları | 14.6 | 15.4 | 16.2 |
Süd və süd məhsulları | 257.6 | 253.3 | 259.3 |
Yumurta, ədəd | 175.0 | 170.0 | 179.0 |
Balıq və balıq məhsulları | 7.3 | 7.4 | 7.6 |