20 C
Baku
Friday, October 11, 2024

“Umico”nun aid olduğu şirkətin nizamnamə kapitalı ₼69 milyonu keçib

“PASHA Holding” MMC-nin ekosistem biznesi olan “Competo” MMC-nin nizamnamə kapitalı bir daha artırılaraq 70 milyon manata çatdırılıb.

Banker.az xəbər verir ki, “Umico” brendi ilə tanınan bu şirkətin nizamnamə kapitalı sonuncu dəfə 6 804 000 manat və ya 11% arıtılmaqla 69 180 900 manata çatdırılıb.

Qeyd edək ki, bir il öncə şirkətin nizamnamə kapitalı 38 470 000 manat olduğunu nəzərə alsaq, son bir ildə bu şirkətin kapitalı 80% artırılmış olub.

“Competo” MMC 2022-ci ildə 17.1 mln. manatdan çox zərər edib.

“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan “Umico” koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb. “iOS” və “Android” platformalarındakı “Umico” mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

Son xəbərlər
Digər xəbərlər