10 C
Baku
Tuesday, November 26, 2024

“FinEx Kredit BOKT” zərərdən çıxa bilmir – Yarımili də zərərlə tamamlayıb

“FinEx Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC 2023-cü ilin ilk yarısını 115.25 min manat zərər edib. Ötən ilin eyni dövründə BOKT 228.46 min manat zərər etmişdi.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin yarımillik maliyyə hesabatında qeyd edilir.

Hesabatda qeyd edilir ki, onun yarımil üzrə gəlirləri 374.86 min manat (ötən ilin eyni dövrü:415.87 min manat) olduğu halda 147.92 min manat faiz xərci olub. Bununla da onun xalis faiz gəliri 226.94 min manat olub. Bununla belə, digər inzibati xərcləri onu zərərə salıb. Belə ki, BOKT-nin qeyri-faiz xərcləri ümumilikdə 403.7 min manat olub bu da onun faiz gəlirlərini belə keçir. Qeyri-faiz xərclərinin 248.39 min manatı əməkhaqqı üzrə olub.

BOKT-nin 4 milyon 662.41 min manatlıq cəmi aktivləri olmaqla bunun da 2 milyon 932.62 min manatı müştərilərə verilən kreditlərdir.

Öncəki illərdə yığılmış zərərlə cari ildəki üst-üstə gəldikdən sonra onun ümumi yığılmış zərəri 1 iyul tarixinə 638.87 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər