10 C
Baku
Tuesday, October 29, 2024

Xaqan Məmmədov adlı şəxs BOKT-nin səhmlərinin 32%-ni satın alıb

Cari ilin ilk yarısını da zərərlə tamamlayan bank olmayan kredit təşkilatı “Finex Kredit” ASC-nin səhmdarları dəyişib.

Banker.az xəbər verir ki, Mobil Şərifovun payı 14.83%-dən 2.3%-ə, Rövşən Məmmədovun payı 6.75%-dən 3.6%-ə, Şəlalə Tağıyevanın payı 18.95%-dən 10.1%-də,  Gülnarə Tağıyevanın payı 2.03%-dən 1.1%-ə düşüb. Sevil Hidayətova (1.63%) və Tofiq Cəfərov (14.63%), Azər Hacıyev (3.25%) paylarını satıblar.

Əvəzində Azad Cəbrayılovun payı 15.63%-dən 26.75%-də, Raminə Allahverdiyevanın payı 18.25%-dən 16.55%-ə yüksəlib. Xaqan Məmmədov BOKT-nin səhmlərinin 32.1%-ni satın alıb. BOKT-nin nizamnamə kapitalının həcmi ümumilikdə 172 000 manat təşkil edir.

Bu dəyişiklik ilin ilk yarımilində baş tutduğu bildirilir.

Son xəbərlər
Digər xəbərlər