Yeni “İphone 15” modeli təqdim olundu

“Apple”  yeni “İphone 15” modelini təqdim etdi.

Banker.az xəbər verir ki,  smartfonların yeni xətti iki modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan iPhone 15 və iPhone 15 Plus. Smartfonlar 48 meqapiksellik əsas kamera və sələfindən 20% az enerji sərf edən A16 Bionic prosessoru ilə təchiz edilib.

Bundan əlavə, ekran çərçivələri incəlib və telefonu mexaniki gərginlikdən qorumaq üçün onun səthinə xüsusi keramika örtük çəkilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər