2023-cü ildə qlobal neft tələbatı sutkada 2.4 milyon barel artaraq 102.1 milyon barel, 2024-cü ildə isə sutkada 2.2 milyon barel artaraq 104.3 milyon barel təşkil edəcək. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sentyabr hesabatında deyilir. Beləliklə, OPEC-in 2023 və 2024-cü illər üzrə təxminləri avqust hesabatından sonra dəyişməz saxlayıb.
Təşkilat 2024-cü ildə neft tələbatının güclü qlobal artımı və Çində yaxşılaşan iqtisadi vəziyyəti dəstəkləyəcəyini gözləyir.
Sentyabr ayı proqnozunda OPEC 2023-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogen hasilatının artımı ilə bağlı təxminini 1.6 milyon barelə çatdırıb. Mütləq ifadədə hasilat sutkada 67.4 milyon barelə çata bilər. Bununla yanaşı, təşkilat 2024-cü il üçün dünya neft hasilatı proqnozunu dəyişməyib – OPEC hasilatın sutkada 1.4 milyon barel artaraq 68.8 milyon barel olacağını gözləyir. Hesabatda göstərildiyi kimi, 2024-cü ildə neft tədarükünün artımının əsas amilləri ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstandır.