Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, tərəflər Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə bildirib.
“Həmsöhbətlər ötən həftə 25-ci ildönümü olan 11 sentyabr 2001-ci il terror hücumlarını xatırlayıblar. Kansler almanlar və amerikalılar arasında xüsusi əlaqəni vurğulayıb”, – Kornelius deyib.
O, həmçinin Merts və Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün sonrakı addımlar barədə fikir mübadiləsi apardıqlarını qeyd edib.
“Kansler Merts Konqresin Rusiyaya qarşı sanksiyalarla bağlı Lindsi Qrem qanunun qəbul etməsini yüksək qiymətləndirib”, – Kornelius bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə mövzusu olub.
“Hər iki su yolunun təcili açılması barədə razılıq əldə edilib”, – Almaniya Nazirlər Kabinetinin nümayəndəsi sonda deyib.







