İlon Mask Starlink-in bir hissəsinin nəzarətini Pentaqona ötürmək qərarına gəlib. Söhbət Kiyevin istifadə etdiyi seqmentdən gedir.
Bu barədə Maskın bioqrafı Valter İsaakson Washington Post qəzetinə müsahibəsində deyib.
“Mən Starlink-i yaratdım ki, insanlar istirahət etsinlər, Netflix-də filmlərə baxsınlar, video oyunlar oynaya bilsinlər. Mən nüvə müharibəsinə gətirib çıxara biləcək bir şey yaratmaq niyyətində deyildim” deyə İsaakson bildirib.
Onun sözlərinə görə, Musk “artıq sərhədlər və istifadə qaydalarına görə məsuliyyət daşımamaq” üçün Starlink avadanlıqlarının və xidmətlərinin bəziləri üzərində tam nəzarəti Amerika ordusuna satmaq və ötürmək qərarına gəlib.
Bundan əvvəl İlon Mask Ukraynanın tələbi ilə Krımda Starlink-i işə salmaqdan imtina etməsini izah edib. Amerikalı iş adamı bu qərarının ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu deyib.
Mask əlavə edib ki, prezident Co Baydendən müvafiq göstəriş alacağı təqdirdə Kiyevin tələbini təsdiqləyəcək.