Milli Məclis payız sessiyasında 3 yeni qanun layihəsini müzakirə edəcək.
Bununla bağlı yeni qanun layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il payız sessiyası üçün iş planına daxil edilib.
Belə ki, payız sessiyası ərzində “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Aviasiya haqqında” və “Dövlət ehtiyatları haqqında” qanun layihələri deputatların müzakirəsinə təqdim olunacaq.