17 C
Baku
Thursday, October 31, 2024

Ərdoğan bu gün ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün sabah Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedəcək.

Ərdoğan 16-20 sentyabr tarixlərində ABŞ-də olacaq.

Türkiyə lideri sentyabrın 19-da BMT Baş Assambleyasının “Güvəni bərpa etmək və Qlobal həmrəyliyi canlandırmaq: 2030-cu il Gündəmi və Davamlı İnkişaf Məqsədlərinə, Sülhə, Rifaha doğru hərəkətləri sürətləndirmək” mövzusunda keçiriləcək ümumi müzakirələrin ilk günündə çıxış edəcək.

Prezident Ərdoğanın Nyu-Yorkda həmkarları başda olmaqla bir çox yüksək səviyyəli təmas və görüşlər keçirəcəyi gözlənilir. O, ABŞ-də yaşayan vətəndaşlar və icma nümayəndələri ilə yanaşı, iş dünyasının nümayəndələri, beyin mərkəzlərinin rəsmiləri və Amerika cəmiyyətinin müxtəlif təbəqələrindən olan fikir liderlərinin qatılacağı tədbirlərdə iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər