İlin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik etməli olacağıq.
Bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
“Çünki dövlət qurumlarına əvvəllər itkin düşməsi barədə məlumat verilməyən kəslərin yaxınları bizə müraciətlər edir”, – o deyib.