10 C
Baku
Tuesday, November 26, 2024

ABŞ-ın dövlət borcu 33 trilyon dolları keçib

ABŞ Maliyyə Nazirliyi ölkənin ümumi dövlət borcunun tarixdə ilk dəfə olaraq 33 trilyon dolları keçdiyini bildirib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Nazirliyinin məlumatına görə, hazırda ABŞ-ın dövlət borcu 33.044 trilyon dollar təşkil edir.

Üç ay əvvəl, iyunun 16-da ABŞ-ın dövlət borcunun həcmi 32 trilyon dolları keçmişdi. Amerikanın “The New York Times” qəzetinin yazdığına görə, bu onilliyin sonunda Amerikanın borcu 50 trilyon dollara çata bilər, hətta xərclərin azaldılması ilə bağlı ikitərəfli razılaşmanı da nəzərə alsaq.

ABŞ Respublikaçılar Partiyasının Co Bayden administrasiyası tərəfindən xərcləri azaltmadan borc tavanını artırmaqdan imtina etməsi səbəbindən 2023-cü ilin iyun ayının əvvəlində defoltla üzləşib. Tərəflər yalnız mayın sonunda razılığa gəliblər. Saziş büdcə xərclərinin məhdudlaşdırılması müqabilində dövlət borcunun tavanının 2025-ci il yanvarın 1-dək dondurulmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər