ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini son 22 ilin ən yüksək səviyyəsində saxlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
FED-in əsas kredit dərəcəsini 5.25-5.50 faiz səviyyəsində saxlamaq qərarı siyasətçilərə onun pul siyasəti üçün təsirlərini qiymətləndirməyə vaxt verir”, – tənzimləyicinin bəyanatında deyilir.
Xatırladaq ki, ABŞ FED ardıcıl 11 dəfə uçot dərəcəsini artırıb. ABŞ-da inflyasiya keçən mart ayından bəri kəskin şəkildə aşağı düşüb, lakin tənzimləyicinin illik 2 faizlik uzunmüddətli hədəfindən inadla yüksək olaraq qalır və siyasətçilərə pul siyasətini daha da sərtləşdirməyi nəzərdən keçirmək üçün təzyiq etməyə davam edir.