ABŞ-nin keçmiş prezidenti Donald Tramp dələduzluqda təqsirli bilinib.
Bu barədə ABŞ məhkəməsi qərar çıxarıb.
Hakim Artur Enqoron sədrliyi ilə keçirilən məhkəmədə keçmiş prezidentin sərvətini maliyyə hesabatlarında ildə milyardlarla dollar şişirtməyə görə məsuliyyət daşıdığına dair qərar verilib.
Prokuror Tramp üçün 250 milyon dollar cərimə, həmçinin ona və oğullarına ailə biznesi olan “Trump Organization”u idarə etməsinə qadağa qoyulmasını istəyir.