Ukrayna Maliyyə Nazirliyinin açıqlamasına görə, 2023-cü ilin avqustunda Ukraynanın dövlət borcu 134 milyard dollara yüksəlib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
Avqustun 31-nə dövlət borcu 1.01 milyard dollar artaraq 133.93 milyard dollar olub. Xarici borc ümumi məbləğin 68.47%-ni təşkil edir (91.7 milyard dollar), müvafiq olaraq 42.22 milyard dollar Ukraynanın daxili dövlət borcudur.
Maliyyə Nazirliyi dövlət borcunun artımını avqust ayında Avropa İttifaqının mikromaliyyə yardım proqramı çərçivəsində 1.5 milyard avro məbləğində tranşın alınması ilə izah edib. Dövlət borcunun strukturunda beynəlxalq maliyyə institutları və digər hökumətlərin kreditləri üstünlük təşkil edir – 45.23%, nazirliyin bəyanatında deyilir.
2023-cü ilin əvvəlinə Ukraynanın dövlət borcu 111.38 milyard dollar təşkil edib. Ölkənin cari ilin büdcəsində dövlət borcunun maksimal həcminin 172.7 milyard dollara çatdırılması nəzərdə tutulub ki, bu da 2024-cü il üçün ÜDM-in gözlənilən səviyyəsinin 102.3%-ni təşkil edir. Ukrayna Milli Bankının rəhbəri bildirib ki, Kiyev bu il büdcəyə 42 milyard dollar, 2024-cü ildə isə ən azı 37 milyard dollar vəsaitin daxil olmasını gözləyir.