10 C
Baku
Thursday, December 12, 2024

AQTA “Viktoriya” və “Sultan” şadlıq evində nöqsanlar aşkarlandı

26-27 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az xəbər verir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
İctimai iaşə müəssisələri
“Sultan” şadlıq evi Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2403-cü məhəllə 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Viktoriya” şadlıq evi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, Ukrayna dairəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Limon” restoranı Lənkəran rayonu, Gərmətük qəsəbəsi Obliqat qrupuna daxil olan işçilər ilkin və dövri tibbi müayinədən keçməməsi
“Maraka Playstation Club” Lənkəran şəhəri, Q.Xiyabani küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər