Türkiyə Naxçıvan şəhərinə dəmir yolunun tikintisi üçün tenderin hazırlanmasına başlayıb.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir qeyd edib ki, dəmir yolu tikintisinin 5 il ərzində başa çatdırılması planlaşdırılır: “Qars-Naxçıvan dəmir yolunun uzunluğu 224 km olacaq. Qarsdan Azərbaycanla sərhədə qədər 5 stansiya tikiləcək. Marşrut boyu 10 körpünün tikilməsi, 18 kilometrlik su xəttinin çəkilməsi və 144 yeraltı keçidin inşası nəzərdə tutulub.