Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil veriləcək.
Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Şuşa tarixi qoruq statusu daşıyır deyə, orada inşa ediləcək yaşayış evlərində də hiss ediləcək. Şuşada yaşayış sahələrində böyük həcmli yaşıllıq ərazilər olacaq”, – o deyib.