6 C
Baku
Monday, December 16, 2024

Bayden hökumətin müvəqqəti maliyyələşdirmə layihəsini dəstəkləyib

ABŞ Prezidenti Cozef Bayden Senat (yuxarı palata) və Nümayəndələr Palatasının (aşağı palata) ardınca Ukraynaya yardımı ehtiva etməyən hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılması layihəsini təsdiqləyib.

Bu barədə ABŞ-nin dövlət başçısının Ağ evin saytında dərc olunmuş bəyanatında bildirilib.

“Bu gecə Nümayəndələr Palatasında və Senatda iki partiyalı əksəriyyət milyonlarla zəhmətkeş amerikalıya lazımsız ağrılar gətirəcək gərəksiz böhranın qarşısını alaraq hökuməti açıq saxlamağın lehinə səs verib. Bu qanun layihəsi xidmətdə olan hərbçilərin maaş almağa davam edəcəyini, səyahət edənlərin hava limanında gecikmələrdən xilas olmasını, milyonlarla qadın və uşağın həyati vacib qida yardımına çıxışını davam etdirməsini və s. təmin edir. Bu, Amerika xalqı üçün yaxşı xəbərdir.

Amma aydınlıq gətirmək istəyirəm: biz heç vaxt bu vəziyyətə gəlib çıxmamalı idik. Cəmi bir neçə ay əvvəl spiker Makkarti (Nümayəndələr Palatasının Sədri Kevin Makkarti – red.) ilə mən məhz bu cür süni şəkildə yaradılmış böhranı qabaqlamaq üçün büdcə razılaşması əldə etdik. Həftələr boyu Nümayəndələr Palatasının ifrat respublikaçıları milyonlarla amerikalı üçün dağıdıcı olacaq kəskin ixtisarlar tələb edərək bu razılaşmadan uzaqlaşmağa çalışıblar. Onlar uğursuzluğa düçar olublar.

Spiker və Konqresin böyük əksəriyyəti Ukraynanı dəstəkləməkdə qətiyyətli olsalar da, bu razılaşmada bu dəstəyi davam etdirmək üçün yeni maliyyələşdirmə yoxdur. Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik. Çox ümid edirəm ki, spiker Ukrayna xalqına sadiqliyini qoruyacaq və bu kritik anda Ukraynaya kömək etmək üçün lazım olan dəstəyi təmin edəcək”, – bəyanatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər