15 C
Baku
Sunday, November 24, 2024

“Tesla” satışları üçüncü rübdə yavaşlayıb

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”, şirkətin üçüncü rübdə 430 min avtomobil istehsal etdiyini və 435 min avtomobil satdığını bildirib. İllə müqayisədə satışlar 27% artsa da, bu ilin ikinci rübü ilə müqayisədə 6.7% azalıb.

Satışların rüblük azalması şirkətin bir ildən çox müddətdə ilk azalması idi. Üçüncü rübdə “Tesla” satışları təxminən 461 min avtomobil satış gözləyən analitiklərin proqnozlarından aşağı olub.

Şirkət özü satışların yavaşlamasını “əvvəllər onların yenidən konfiqurasiyası üçün zəruri olan zavodların işində planlaşdırılan fasilələrlə” izah edib. Müşahidəçilər bu fasilələri yeni “Cybertruck” pikapının satışına hazırlıqla əlaqələndirirlər. Şirkət tam maliyyə hesabatını oktyabrın 18-də, birjada hərraclar bağlandıqdan sonra dərc edəcək.

Son xəbərlər
Digər xəbərlər