6 C
Baku
Sunday, December 15, 2024

BFB-də kapitalizasiya 5 mlrd. manata çatıb

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15,909,046,023 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% böyümə qeydə alınmışdır.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 49% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 150% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınmışdır. 2023-cü ilin sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,995,678,475 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınmışdır.

12

Son xəbərlər
Digər xəbərlər